Haqqımızda
Tikintisinə 2005-ci ildə başlanan Şpal zavod 2006-cı ilin may ayında istehsalata başlamışdır. Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Şpal zavodun ümumi ərazisi 62 240 kv.m, istehsal ərazisi isə 2 904 kv.m-dir. Şpal zavodda iki növ şpal istehsal olunur:
- B70 tipli dəmir-beton şpal
- Yolayrıcı dəmir-beton şpal
200-ə yaxın əməkdaşı olan Şpal zavodun illik istehsal gücü 511 000 ədəd B70 tipli dəmir-beton şpaldan, 120 dəst yolayrıcı dəmir-beton şpaldan ibarətdir. Bu isə il ərzində 270 km-ə yaxın yeni dəmiryolu tikintisi üçün şpal ehtiyacının ödənilməsi deməkdir. Dəmir-beton Şpalların istehsalında əsasən yerli xammaldan istifadə olunur, yalnız xüsusi gərginliyə malik olan metal məmulatlar Almaniyadan gətirilir. Dəmir-beton şpalların bağlayıcıları Almaniyanın Vossloh şirkətinə məxsus System W21 bağlayıcılarıdır. Şpal zavodda istehsal edilmiş məhsulun nümunələri Avropanın tanınmış laboratoriyası olan Almaniyanın Bautest GmbH labaratoriyasından sınaqdan uğurla çıxmışdır.
B70 tipli Dəmir-beton şpal (R-65 və R-50)
B70 tipli Dəmir-beton şpal elastiklik xüsusiyyətinə malik olub EN 13230-1, EN 13230-2 standartlarına uyğun olaraq istehsal olunur.
Texniki göstəriciləri: Ölçüləri:
Sürət | 230 km/s | Uzunluğu: | 2700 mm | |
Bağlayıcısız çəki | 309 kg | Maksimal eni: | 300 mm | |
Bağlayıcı ilə çəki | 315 kg | Relsaltı hündürlüyü: | 214 mm | |
Bağlayıcı: | Dəmir yolun genişliyi: | 1520 mm | ||
Şaxtayadavamlılıq | F200 | Rels tipi: | R65 | |
Sement marka, kgQ/sm3 | 500 |
Yolayrıcı Dəmir-beton şpal (R-65)
Yolayrıcı dəmir-beton şpallar kəsişən dəmir yollarında istifadə olunur və müxtəlif ölçülərdə istehsal olunur.
Texniki göstəriciləri və ölçüləri:
Sement marka, kgQ/sm3 | 500 |
Şaxtayadavamlılıq | F200 |
Bağlayıcı: | Vossloh – W21 |
Uzunluğu (min): | 2700 mm |
Uzunluğu (max): | 5400 mm |
Maksimal eni: | 300 mm |
Hündürlüyü: | 220 mm |
Dəmir-beton boru
Dəmir-beton borular müasir standartlar əsasında istehsal olunur. İstehsalatda istifadə olunan sement Qaradağ Solid plus (Holcim) olmaqla su keçirtməmək xüsusiyyətinə malikdir və Türkiyə istehsalı olan «TezGüller Makina» LTD-yə məxsus avadanlıqlar vasitəsilə istehsal olunur. Dəmir beton boru məhsulları aşağıdakı infrasturuktur üçün nəzərdə tutulmuşdur.
- Kənd təsərrüfatı
Suvarma kanallarının çəkilişi
Çirkab və qurunt suların axıdılması
- Yol infrastrukturu
Yolların çəklişi zamanı yağış və kanalizasiya sularının axıdılması
Dəmir-beton borular müxtəlif ölçülərdə istehsal olunur.
Diametr:
500 mm borular
600 mm borular
800 mm borular
1000 mm borular
1250 mm borular
1500 mm borular
Hündürlüyü:
1600 mm borular
2000 mm borular
Laboratoriya
Mərkəzi Laboratoriya Avropa istehsalı olan müasir avadanlıqlarla təchiz edilmişdir. Laboratoriyada sanaqlar, analizlər təcrübəli mütəxəssislər tərəfindən Azərbaycan Respublikası Dövlət Standartı və Beynəlxalq (İSO, ASTM, QOST) Standartlar əsasında aparılır. Labaratoriyamız ölkənin beton və beton məhsullarının test ediməsi üzrə ixtisaslaşmış labaratoriyalarından biridir. Laboratoriyada həm istehsalat üçün lazımı xammallar, həm də xammaldan hazırlanan məhsullar test edilir,yoxlanılır. Gün ərzində bir neçə dəfə hazır məhsulun və xammalın sınağı həyata keçirilir.
Partnyorlarımız
- "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyəti
- M STEEL CZ s.r.o. (Çexiya)
- SudopTradeAz MMC
- Vollert GMBH (Almaniya)
- Vossloh (Almaniya)
- BASF (Almaniya)
- İMPOYAPI (Türkiyə)
- Zeta İndustry (Türkiyə)
- "HOLCİM" Azərbaycan (İsveçrə)
- Stenkim (AzerKmi MMC) Türkiyə
- Paul Machine (Almaniya)
- Voestalpine Wire Austria GmbH (Avstriya)
- Schwihag AG (Almaniya, Isveçrə)
- Gürmak Demiryolu Bağlantı Elemanları ve Ticaret Anonim (Türkiyə)
- "Bakı Metropoliteni" Qapalı Səhimdar Cəmiyyəti
- "Kontur Arxitektura Layihə-Sənaye" Qapalı Səhimdar Cəmiyyəti
- "Kalyon RSY İnşaat Adi Ortaklığı İşletmesi" Şirkətinin Azərbaycan Respublikasında filialı
Layihələr
Tamamlanan və davam edən layihələr:
- "Qazax Sment Zavodu" dəmir yol xəttinin çəkilişi - 2013
- "Ələt-Liman" dəmir yol xəttinin çəkilişi - 2014
- "Bakı – Sumqayıt" şəhərlər arası sürətli dəmir yolunun tikintisi - 2015
- "Astara(Azərbaycan) - Astara(İran)" 8 km dəmir yolu xəttinin bərpası - 2015
- "Bakı – Böyük Kəsik" dəmiryol xəttinin çəkilişi - 2018
- Bakı ətrafı dəmir yolu xəttinin çəkilişi - 2019
- "Cənub Dəmiryol" xətti (layihə) - (davam edir)
- "Ləki - Qəbələ" dəmir yolu xətti (layihə) 2020
- "Güzdək - Sahil" 80 km dəmir yolu xətti (layihələndirilir)
- "Zirə - Dübəndi" 12 km dəmir yolu xətti (layihələndirilir)
- "Zabrat - Maştağa" 10.5 km dəmir yolu xətti (layihələndirilir)
- "Ağdam-Bərdə" 43 km dəmir yolu xəttinin çəkilişi- 2021 (işlər davam edir)
- "Horadiz-Ağbənd" 111 km dəmir yolu xəttinin çəkilişi- 2021 (işlər davam edir)
SƏTƏM (HSE) siyasəti
Biz əməkdaşlarımızın qayğısına qalırıq!
SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) prinsiplərinin yerinə yetirilməsi bizim iş fəaliyyətimizin tərkib hissəsidir. SƏTƏM siyasətində dünya standartlarını tətbiq etməkdə məqsədimiz istehsalat prosesində bədbəxt hadisələrin sayını sıfıra bərabər etməkdir. Biz inanırıq ki, istənilən bədbəxt hadisə və qəzaların qarşısı qabaqcadan alına bilər. Əməkdaşlarımızın sağlamlığını qorumaq və təhlükəsizliyini təmin etmək əsas hədəfimizdir!
Karyera
"Şpal Zavod"un kadr siyasəti bilavasitə İnsan Resurslarının idarəolunması Şöbəsi tərəfindən həyat keçirilir. Şirkət üçün əsas və vacib məsələlərdən biri də onun kadrlardır. Ona görə də kadr seçimi və personalın fəaliyyətinin stimullaşdırılması, onların peşəkar səviyyələrinin yüksəldilməsi müvafiq sturuktur tərəfindən şirkətin kadr siyasətinin əsas istiqaməti kimi həyata keçirilir. Cinsindən, irqindən, dinindən, milliyyətindən, sosial durumundan asılı olmayaraq, hər bir şəxsə şirkətin əməkdaşı olmaq üçün bərabərhüquqlu şərait yaradılıb. Şirkətdəki uyğun vakansiyalar üzrə tələblərə cavab verən hər bir şəxs müsahibə yolu ilə “Şpal Zavod”un əməkdaşı ola bilər.
Əlaqə
"10-cu Mikrorayon" MMC Az 1081, Baş Ələt qəsəbəsi, Azərbaycan |
|
Satış təmsilçisi: |
Tel: +994 12 499 01 13 Mob: +994 55 400 82 82 |
|
sales@bakushpal.az |
info@bakushpal.az |